Kofe breyk keyterinq xidməti kimi hər hansı bir tədbirin daha effektli olmasına kömək edir və bütün qonaqların gözündə statusunu artırmağa imkan verir. Bu söz ingilis dilindən gəlir.” Cofee Break” “Qəhvə fasiləsi” və ya “Çay-Kofe fasiləsi” kimi başa düşülür.
Çoxdan məlumdur ki, intensiv beyin həmləsindən sonra fasilə kimi düşüncəni aktivləşdirən ikinci bir şey yoxdur. Həqiqətən, ciddi danışıqlar və ya görüşlər zamanı yüngül çay fasiləsi yalnız istirahət və gücün bərpası yox, həm də həmkarlarla qeyri-rəsmi ünsiyyət quraraq müzakirələr aparmaq və maraqlı fikirləri eşitmək imkanını yaradır.